image-n1karobka_ads
image-123
image-6bb78edd-4d2d-473a-9138-cdbcfdb19de6backend

Azərbaycan öz turizm imkanlarını Hindistanda nümayiş etdirir – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən, Asiya-Sakit Okean regionunun mühüm turizm sərgisi olan “OTM Mumbai 2025”də iştirak edir.

Doğru.az xəbər verir ki, tədbirdə “Azərbaycan Hava Yolları” ilə birlikdə, 22 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə ölkə turizminin təbliği və təşviqi ilə bağlı B2B görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Milli stenddə ziyarətçilərə Azərbaycanın tarixi, mədəniyyəti, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq, ekoturizm və digər turizm imkanları haqqında məlumat verilir.

Sərgi çərçivəsində keçirilən “Hindistanlı səyahətçiləri cəlb etmək: güclü destinasiyalardan strateji yanaşmalar” adlı panel müzakirəsində Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Cavanşir Bayramov Azərbaycanda turizminin inkişafı strategiyası ilə bağlı məlumat verib.

Qeyd edək ki, hindistanlı turistlərin artan marağına əsasən “Azərbaycan Hava Yolları” QSC və “IndiGo” aviaşirkətləri ilə Dehli və Mumbaydan Bakıya həftədə 14 birbaşa uçuş həyata keçirilir.

2024-cü ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 243 589 nəfər təşil edib. Bu da öz növbəsində 2023-cü illə müqayisədə 2 dəfən çox artımdır.

DOĞRU.AZ

image-1e9f845a-e175-4422-901b-3a27172d70dd image-6bb78edd-4d2d-473a-9138-cdbcfdb19de6 image-7ed1f483-9325-4220-a2af-003e56d197bd image-35a15b5b-3680-46ce-b7bc-62d071e26bd7 image-40e5d76e-9c3c-4f6f-8c58-9725f3a5c23f

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki