Bakıda daha bir hava limanı da inşa edilir.
Xezerxeber.az xəbər verir ki, Ələt Azad İqtisadi zonasında tikilən hava limanı tək yükdaşıma kimi deyil, həmçinin sərnişindaşıma və bisnes aviasiya kimi fəaliyyət göstərəcək. İqtisadi zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov “Xəzər Xəbər”ə müsahibəsində deyib ki, 750 hektar ərazini əhatə edəcək hava limanının tikilməsində məqsəd həm də Azərbaycanı aviasiya habına çevirməkdir.
Hava limanı gələn il təhvil veriləcək.
Bir il 7 ay əvvəl birinci mərhələsinin açılışı olan Əlat Azad İqtisadi zonasında artıq bir neçə şirkət də inşaat işlərinə başlayıb. Bu il iki böyük müəssisə fəaliyyətə başlayacaq.
Valeh Ələsgərov qeyd edib ki, iqtisadi zonada həmçinin 200 min ton alüminium istehsal edən müəssisə tikiləcək. Burada 1300-1400 nəfər işlə təmin olunacaq. İqtisadi zonada fəaliyyətə başlayacaq ikinci böyük müəssisədə isə sənayedə tələb olunan məhsul istehsal ediləcək ki, burada da 800 nəfərdən çox iş yeri olacaq.
DOĞRU.AZ