image-n1karobka_ads
image-123
image-isiqbackend

Lənkəranın bəzi əraziləri işıqsız qalıb

image-ad_qayo_720x110px

Lənkəranda təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranıb.

“Azərişıq”dan  verilən məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 110/35/10 kV-luq “Lənkəran-2” yarımstansiyasından qidalanan 10 kV-luq 5 saylı hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 30-da elektrik xətləri sifarişə əsasən açılıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan rayonun Digah, Şiləvar kəndlərində və Kürə adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb. Təmir işləri saat 14:00-də başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki