ABŞ səlahiyyətliləri Vaşinqtonda Potomak çayında 28 ölü tapıldığını təsdiqləyib.
TASS bu barədə Kolumbiya dairəsinin yanğınsöndürmə xidmətinə istinadən xəbər verir.
Xilasedicilərin sərnişin təyyarəsinin qalıqları altından 27 nəfərin və helikopter ekipajının bir üzvünün cəsədini çıxardığı bildirilir.
Vaşinqtonda təxminən 90 m yüksəklikdə hərbi helikopter sərnişin təyyarəsi ilə toqquşub.
NBC həmçinin daha əvvəl bildirmişdi ki, təyyarə qəzasında həlak olanların 30-dan çoxunun cəsədi su altından çıxarılıb.
DOĞRU.AZ