ABŞ prezidenti Donald Tramp Vaşinqtonda təyyarə ilə vertolyotun toqquşmasından sonra qəzaya uğrayan təyyarədən sağ qalanların olmadığını bildirib.
Ağ Evdə danışan prezident “təəssüf ki, sağ qalanların olmadığını” təsdiqləyib.
Bir müddət əvvəl ABŞ-ın nəqliyyat naziri Şon Daffi bildirmişdi ki, Vaşinqton səmasında sərnişin təyyarəsi və hərbi helikopterlə qəzaya uğrayan təyyarənin qarşısı alına bilərdi.
DOĞRU.AZ