Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində daha 7 girovu Qırmızı Xaç Cəmiyyətinə təhvil verib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalından məlumat verilib.
Qeyd edildiyi kimi, söhbət iki İsrail və beş xarici vətəndaşdan gedir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın yanvarın 30-da daha üç girovu azad edəcəyini bildirmişdi.
Səfir Simone Halperinin sözlərinə görə, İsrail ordusunun sıralarında Qəzza zolağında öldürülən 9 rusiyalı var.
DOĞRU.AZ