Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçkilərin keçirilməsi ilə bağlı qəbul etdiyi qətnaməni absurd adlandırıb.
O, bunu “İmedi” televiziya şirkətinin efirində deyib.
Bu, absurd qərardır. Nümayəndə heyətimiz təsdiqləndi, bununla da seçkilərin nəticələrini tanıdılar və onlar da bildirdilər ki, seçkilər apreldən əvvəl keçirilməsə, nümayəndə heyətimizi ləğv edəcəklər.
Bundan əvvəl Gürcüstan nümayəndə heyətinin rəhbəri, Gürcüstan parlamentinin vitse-spikeri Tea Tsulukiani ölkənin yeni parlament seçkilərinin keçirilməsini tələb edən qətnamədən sonra AŞPA-da fəaliyyətini dayandırdığını bildirmişdi.
O, məclislə münasibətlərdə “qırmızı xətləri” də qeyd etdi. Tsulukiani bəyan edib ki, Gürcüstan suverenliyi pozan heç bir şeyi qəbul etmir.
DOĞRU.AZ