image-n1karobka_ads
image-123
image-17381366074000646783_1200x630backend

Milli Məclisin sədri Sahibə Qafarova 11 saylı seçki məntəqəsində səs verib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

Doğru.az xəbər verir ki, məntəqədə səsvermənin gedişini yerli müşahidəçilər izləyirlər. Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin fəallığı müşahidə olunur. Məntəqədə 1482 seçici qeydiyyatdadır.

Qeyd edək ki, yanvarın 29-da səhər saat 8:00-da Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Səsvermə 118 seçki dairəsi üzrə 5846 məntəqədə keçirilir. Seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək. Səsvermə saat 19:00-da başa çatacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki