Amerika lideri Donald Trampın administrasiyası Çinə çip satışına əlavə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir.
Tramp administrasiyasının rəsmiləri Nvidia Corp. çiplərinin satışına əlavə məhdudiyyətlərin tətbiqi imkanlarını araşdırır.
Bloomberg yazır.
Bununla belə, agentlik qeyd edir ki, danışıqlar “çox erkən mərhələdə”dir, çünki yeni komanda “siyasət prioritetləri” üzərində işləyir.
Məqalədə deyilir ki, məhdudiyyətlər Nvidia-nın H20 çiplərinə təsir edəcək.
Daha əvvəl bildirilmişdi ki, Çinli DeepSeek ABŞ-ın texnoloji liderliyini şübhə altına alır.
Bundan əlavə, ABŞ süni intellekt texnologiyalarının ixracına məhdudiyyətlər qoyub.
DOĞRU.AZ