Vaşinqtonda Reyqan hava limanı yaxınlığında hərbi helikopter regional təyyarə ilə toqquşub.
“Mən təsdiq edə bilərəm ki, bu vəziyyət Trampa bildirilmişdir. Görünür, Reyqan hava limanında hərbi helikopter regional təyyarə ilə toqquşub”, – Ağ Evin mətbuat katibi Karolin Levit Fox News-a bildirib.
Bundan əvvəl Reyqan Vaşinqton Hava Limanı təyyarə ilə bağlı fövqəladə vəziyyət səbəbindən fəaliyyətini dayandırmışdı.
Daha sonra şəhər yanğınsöndürmə xidməti Vaşinqton hava limanı yaxınlığında kiçik təyyarənin çaya düşdüyünü bildirib.
DOĞRU.AZ