image-n1karobka_ads
image-123
image-img-20250124-wa0019backend

Azərbaycanın turizm imkanları İspaniyada təqdim olunur

image-ad_qayo_720x110px

Azərbaycanın turizm potensialı Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı, eləcə də 8 yerli tərəfdaşın iştirakı ilə İspaniyanın Madrid şəhərində baş tutan “FITUR” turizm sərgisində təqdim olunur.

Dövlət Turizm Agentliyindən Doğru.az-a bildirilib ki, sərgi çərçivəsində keçirilən təqdimatlarda Azərbaycanın turizm potensiallı məkanları, milli mətbəx nümunələri, birbaşa aviareyslər haqqında məlumat verilir.

Stend ziyarətçiləri Azərbaycanın təklif etdiyi turizm məhsulları ilə tanış ola, eyni zamanda, milli şirniyyatların və yerli şərabların dadına baxa bilirlər.

Yanvarın 26-dək davam edəcək turizm sərgisində B2B (Biznesdən biznesə), B2C (Biznesdən müştəriyə) formatlı görüşlər keçiriləcək.

DOĞRU.AZ

image-img-20250124-wa0020 image-img-20250124-wa0022 image-img-20250124-wa0021

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki