Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bəyan edib ki, Belqrad Serbiyanın Neft Sənayesi (NIS) şirkətində Rusiyanın payını əlindən almayacaq – səhmlərin 56,15%-i “Qazprom Neft” və “Qazprom”a məxsusdur.
Bu barədə RİA Novosti xəbər verir.
“Biz NİS-i götürməyəcəyik və dostlarımızla, Rusiyadan olan qardaşlarımızla razılaşdırılmayan heç bir iş görməyəcəyik”, o qeyd edib.
Vulinin sözlərinə görə, Serbiya hakimiyyəti NIS məsələsində Rusiya ilə razılaşdırılmayan heç bir qərar qəbul etməyəcək.
“Biz soyğunçu deyilik, oğru deyilik, heç kimin əmlakını əlimizdən almayacağıq” dedi.
Bundan əvvəl ABŞ Rusiya-Serbiya neft şirkəti NIS-ə (Serbiyanın Neft Sənayesi) qarşı sanksiyalar tətbiq edib.
Bundan əlavə, ABŞ Dövlət Departamenti bəyan edib ki, Rusiya Belqrad üçün sanksiyaların nəticələrinin risklərini minimuma endirmək üçün NIS payından tamamilə çıxmalıdır.
DOĞRU.AZ