image-2000x150px
image-123
image-ads_atlas
image-f52b0617-b9e9-370e-b969-0f340db5dd73backend

Azərbaycanda zavodun fəaliyyəti nöqsanlara görə dayandırıldı

image-728x90px

Biləsuvar-Bəhrəmtəpə yolunun 3-cü kilometrliyində fəaliyyət göstərən asfalt-beton zavodundan atmosferə tullantı atıldığı müəyyən olunub.

Bu barədə  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı “45-li Yol İstismarı” MMC-yə məxsus zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub.

Faktla bağlı zavodun rəisi Qədir Əskərov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə edilib.

Çatışmazlıqların aradan qaldırılması üçün Q.Əskərova məcburi göstəriş verilib və nöqsanlar aradan qaldırılanadək zavodun fəaliyyəti dayandırılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki