Şamaxı-Ağsu sərhədində zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerin 7 kilometr dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,6 olub. Yeraltı təkanlar episentrdə və ona yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.
DOĞRU.AZ







