image-2000x150px
image-123
image-ads_atlas
image-mp1colodgxdugdfeswm6lnfligflslhqcs8emjtxespw6ykkwnqb5opsbejtlpk7backend

“Azərsu”nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib – ŞİKAYƏT

image-728x90px

“Azərsu”nun əməkdaşı Qarabağ əlilinin torpağını zəbt edib.

Barədə “Sonxəbər.az“-a məlumat verən şikayətçi Şərif Şərifovun sözlərinə görə, iki nəfər, əllərində heç bir sənəd olmadan, onun torpağını zəbt edib:

“Mən torpağı 2021-cil ilin avqust ayının 4-də almışam, avqustun 25-i isə daşınmaz əmlak tərəfindən rəsmi şəkildə adıma çıxarış və texpasport verilib.

Daha sonra mən torpağa baxmaq üçün gedəndə oranın setka vasitəsi ilə hasarlandığını gördüm. Çıxarış və texpasportu aldıqdan sonra onların kopyasını çıxardaraq, ərizə ilə Abşeron rayon daşınmaz əmlak idarəsinə müraciət etdim. 161 manat pul ödədim ki, onlar torpağın zəbt olunub-olunmamasını dəqiqləşdirsinlər.

Nəticədə, idarədən verilən sənədə əsasən, mənim torpağımın tor setka ilə sərhədlənərək zəbt edildiyi təsdiqlənib.

Oranı iki nəfər zəbt edib. Onlardan biri – Hacı Arif – “Azərsu”nun əməkdaşıdır. O, hətta qaynı Niyazi Hüseynovla birlikdə orada guya bağa baxmaq üçün adam tutub.

Mən onlardan bu torpaqla bağlı hansı çıxarışlarının olduğunu soruşduqda, mənə “Bizim hər yerdə adamımız var, get hara istəyirsən şikayət et” dedilər.

Vəkillər Kollegiyasının üzvü, əvvəllər Qazax rayonunda hakim olan İlham Nuriyev onları müdafiə edən şəxsdir. Mən məsələ islə bağlı İlham Nuriyevlə əlaqə saxlamağa çalışdıqda, məndən zəng edib onu narahat etməməyimi istədi.

Torpağımı zəbt edənlər onlarda sənədlərin olduğunu iddia etsələr də, ortaya heç bir sübut təqdim etmirlər, hər yerdə adamlarının olduğunu deyirlər.

Mən bununla bağlı Prokurorluğa da müraciət etmişəm. Məsələyə Natiq Abdullayevin başçılığı altında baxılır.

Qeyd edim ki, mən özüm ikinci qrup Qarabağ əliliyəm”.

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT"Azərsu"nun əməkdaşı Hacı Arif Qarabağ əlilinin torpağını zəbt edib - ŞİKAYƏT

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki