image-n1karobka_ads
image-123
image-401a4cbe-2e9c-3cad-91a7-c8a8ccc09172_850backend

Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

image-ad_qayo_720x110px

İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

Bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qeyd edək ki, hazırda Bakıdan Ağstafaya elektrik qatarı hər gün 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşür və 13:40-da çatır.

Əks istiqamətdə isə 17:10-da Ağstafa Dəmiryol Vağzalından hərəkətə başlayan qatar 22:05-də Bakıya çatır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki