image-n1karobka_ads
image-123
image-17386518512526641802_1200x630backend

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Ədliyyə naziri Fərid Əhmədov fevralın 14-də Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı fevralın 13-dək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10 941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanları var. Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki