image-2000x150px
image-123
image-ads_atlas
image-17154173613543159915_1200x630backend

Estoniya mediası: Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzidir

image-728x90px

Estoniyanın “Baltija.eu” internet nəşri Azərbaycanda və xarici ölkələrdə geniş şəkildə qeyd edilən dahi dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə XX əsr tarixində Heydər Əliyevin həqiqətən də taleyüklü rol oynadığı – milyonlarla insanın ümid və istəklərini həyata keçirən müdrik siyasətçi və Ümummilli Lider olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, Heydər Əliyev Azərbaycanın müasir tarixinin rəmzinə çevrilib. Onun fədakarcasına xidmət etdiyi ölkədə güclü, nüfuzlu dövlət və xalqın vəhdəti yaradılıb.

Məqalədə vurğulanır: “Heydər Əliyevin həyatından nümunə götürəndə, bir şəxsiyyətin tarixdə hansı rol oynadığını başa düşmək olar. İndi Azərbaycan Şərq və Qərb sivilizasiyaları arasında etibarlı körpüdür, dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Azərbaycanın nüfuzu artır və bütün bunlar unikal siyasətçi – Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində dayanır”.

Sonra Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Tallin Universitetinin Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir haqqında oxuculara məlumat verilir. Tədbirdə Estoniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, digər əməkdaşlar, Azərbaycan icmasının və bu ölkədəki İslam Mərkəzi Şurasının, Estoniya ictimaiyyətinin və media orqanlarının nümayəndələri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov Ulu Öndərin müstəqil və demokratik Azərbaycan uğrunda mübarizəsindən, respublika ərazisinin işğaldan azad edilməsi, siyasi və sosial-iqtisadi böhranın aradan qaldırılması üzrə üzərinə götürdüyü missiyanın müxtəlif mərhələlərindən bəhs edib. Diplomat qeyd edib ki, Heydər Əliyevin tarixi xidmətləri sayəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub, xarici siyasət sahəsində mühüm uğurlar əldə olunub. Ümummilli Liderin qətiyyətli mövqeyi və əsasını qoyduğu yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynayıb.

Səfir vurğulayıb ki, Azərbaycan dünyamiqyaslı mühüm və tarixi əhəmiyyətə malik tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Onun sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycanın bütün sahələrdə, o cümlədən ətraf mühitin mühafizəsi üzrə qazandığı nailiyyətlər ölkənin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibi seçilməsinə şərait yaradıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki