image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240205_211503193backend

Gənclər Günü münasibətilə rəsm və əl işləri sərgisi keçirilib – FOTO

image-728x90px

“Sağlamlığın Qorunması” İctimai Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə 4 fevral tarixində Xətai sənət mərkəzində “Gənclər Günü” münasibətilə Rəsm və əl işləri sərgisi keçirildi.

Sərginin keçirilməsində əsas məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir.

Həmçinin qeyd edək ki, “Sağlamlığın qorunması” İctimai Birliyi tərəfindən mütəmadi olaraq belə sərgilər təşkil olunur. Belə ki, “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdıyeva tərəfindən 2 fevral 2020-ci il və 5 fevral 2022-ci il tarixlərində gənc rəssamların rəsm sərgisi keçirilib.

Sərgidə rəssam Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova, Aysu Əsgərli, Aydan Poladovanən rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri sərgilənib.

Eyni zamanda sərgidə şəhid övladlarının da əl işləri və rəsmləri nümayiş olunub.
Sərgidə milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsmlər, həmçinin əl işləri nümayiş olunub.

Sərgini giriş sözü ilə Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıq elan edərək, sərginin keçirilmə məqsədindən, İB tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs edib. O, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin gənclərimizin istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sağlamlığın qorunması” İctimai Birliyi “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atmışdır. Üçüncü dəfə həyata keçirilən bu sərgi də onlardan biridir.

Tədbirdə çıxış edən ZƏFƏR Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, “Sara Xatun” Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli , əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə, şair Gəray Göyyurd, şəhid ailələri və s. qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar.

Sonda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva və digər təşkilatlar tərəfindən rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” Rəsm və əl işləri sərgisində fəal iştiraklarına görə təltif ediliblər.

DOĞRU.AZ

image-fb_img_1707153184033image-fb_img_1707153186407image-fb_img_1707153188625image-fb_img_1707153190730image-fb_img_1707153192995image-fb_img_1707153195146image-fb_img_1707153206842image-fb_img_1707153213956image-fb_img_1707153211404image-fb_img_1707153220660image-fb_img_1707153231201image-fb_img_1707153233465image-fb_img_1707153200001image-fb_img_1707153197781image-fb_img_1707153202266image-fb_img_1707153216256image-fb_img_1707153218407image-fb_img_1707153224628image-fb_img_1707153238484image-fb_img_1707153245138image-fb_img_1707153247374

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki