image-2000x150px
image-123
image-ads_atlas
image-1704015027291backend

Mehriban Əliyevadan Həmrəylik Günü və Yeni il təbriki – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Yeni il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı paylaşım edib.

“Doğru.az” xəbər verir ki, “Instagram” hesabındakı paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Qoy, dünya azərbaycanlılarını hər zaman Vətənimizə olan ən nurlu, ən xoş hisslər, ölkəmizin uğurları, nailiyyətləri və qələbələri ilə qürur hissi birləşdirsin. Uca Tanrıdan hər bir vətəndaşımıza möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə isə sülh, tərəqqi və əmin-amanlıq diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki