image-n1karobka_ads
image-123
image-17387448984481012336_1200x630backend

Sabah bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir

image-ad_qayo_720x110px

Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5°, gündüz 6-8° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 765 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki