image-ads_n1karobka_mobile
image-image_940x_69a471d4867c4backend

Türkiyədən XƏBƏRDARLIQ

image-add-a-heading

Türkiyənin Dənizçilik üzrə Baş İdarəsi ölkə bayrağı altında üzən gəmiləri Hörmüz boğazında vəziyyətlə bağlı bildirişləri diqqətlə izləməyə və zərurət yarandıqda Türkiyənin Axtarış və Xilasetmə Əməliyyatlarının Koordinasiya Mərkəzinə müraciət etməyə çağırıb.

Ajans.az xəbər verir ki, İdarədə İran tərəfindən Hörmüz boğazının bağlanması və boğaz ərazisində ISPS-in (Gəmilərin və Liman Qurğularının Mühafizəsi üzrə Beynəlxalq Məcəllə) üçüncü – müstəsna təhlükəsizlik səviyyəsinin elan edilməsi barədə daxil olan məlumatlara diqqət çəkilib.

Bu rejimin qüvvədə olduğu müddətdə xüsusi təhlükəsizlik tədbirləri görülür, gəmi heyətləri isə yerli hakimiyyət orqanları ilə sıx əlaqədə fəaliyyət göstərərək xüsusi protokol və təlimatlara əməl edirlər.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki