image-n1karobka_ads
image-123
image-img-20250413-wa0121backend

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülmüşdür – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınmışdır.

Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilmişdir. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıtmışdır.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

https://www.dsx.gov.az/news/1898

DOĞRU.AZ

image-img-20250413-wa0122

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki