image-2000x150px
image-123
image-ads_atlas
image-img-20240109-wa0062backend

8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 3 il ötür

image-728x90px

8 yanvar 2021-ci il tarixində “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.

Bu günə qədər Çağrı Mərkəzinə 192 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 40 000-dən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 20 000-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 20 000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

“YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

DOĞRU.AZ

image-img-20240109-wa0063 image-img-20240109-wa0064

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki