Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayımda arıqlama mövzusu ilə bağlı fikirlərini bölüşüb.
Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bildirib ki, çəki atmaq üçün əsas yol düzgün qidalanma və sağlam həyat tərzidir.
“Arıqlamaq üçün yeməyinə diqqət et, idmana get. Mən artıq idman etmirəm. İç orqanlarını yaşlandırır. Bədənşəkilləndirməyə ehtiyac yoxdur, özünüzü öldürməyin”, – deyə o qeyd edib.
Xoşqədəm Hidayətqızı vurğulayıb ki, bir çox insanlar, o cümlədən məşhurlar çəki atmaq üçün arıqlama iynələrinə üz tutur və bunun sağlamlığa ciddi zərəri var:
“İynə çox yararsızdır. Bu gün tanıdıqlarım, hətta məşhurlar içində onu edən var. Onlara yazığım gəlir. O iynə onların axırına çıxacaq. Göbəkdən vururlar. Fatih Ürək də hazırda komadadır, iynəyə görə”, – deyə aparıcı əlavə edib.
Qeyd edək ki, aparıcının bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
DOĞRU.AZ





























