Bu gün prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın bu gün ad günüdür.
Doğru.az xəbər verir ki, Arzu Əliyeva 1989-cu il 23 yanvar tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrədə və Böyük Britaniyada alıb.
Arzu Əliyeva 2008-ci ildə Azərbaycanda tanıtım video klipində çəkilib. Bu video klip CNN və Euronews kimi kanallarda nümayiş olunub. 2011-ci il sentyabrın 3-də Rusiyada nüfuzlu azərbaycanlı iş adamı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Aydın adlı oğlu və Ezizə adlı qızı da var
2015-ci il mayın 9-da Arzu Əliyevanın filmi “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin təqdimat mərasimi keçirilib. 2015-ci il 8 oktyabr tarixində Arzu Əliyevanın sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.
Bu ilin 22 yanvar tarixində isə “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri və filmin prodüsseri Arzu Əliyevadır.
Arzu Əliyeva bildirib ki, hər iki filmin və kitab-albomun yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəsilə və dünya ictimaiyyətinə çatdırmaqdır.

























