image-ads_n1karobka_mobile
image-jkt0vnsvphblcuaeo7wzazpct01sazj6uej46pmp_1200backend

Azərbaycanda ard-arda zəlzələlər OLDU

image-add-a-heading

Şamaxı rayonunda gecə saatlarından başlayaraq bir neçə zəlzələ baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, sonuncu yeraltı təkan Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb və maqnitudası 3 bal olub. Zəlzələ hiss olunmayıb. Ocağın dərinliyi 13 kilometr təşkil edib.

Bundan əvvəl isə Şamaxıda maqnitudası 3.8 və 3.6 bal olan daha iki zəlzələ baş verib. Təkanların ocağı 13-14 kilometr dərinlikdə yerləşib.

Həmçinin gecə saat 02:46 radələrində 3.0 maqnitudalı zəlzələ qeydə alınıb. Onun ocağı 8 kilometr dərinlikdə olub.

Hazırda dağıntı və xəsarət barədə məlumat verilməyib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki