Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Fövqəladə Hallar Nazirliyindən qəza ilə bağlı bildirilib ki, qurumun müvafiq qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.