image-n1karobka_ads
image-123
image-fhnbackend

Azərbaycanlı xilasedicilər dağıntılar altında 105 saat qalmış yeniyetməni xilas ediblər – VİDEO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasedicilərinin fədakarlığı sayəsində mürəkkəb xilasetmə əməliyyatı nəticəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində dağıntılar altında 105 saat qalmış 15 yaşlı Ayşə adlı yeniyetmə sağ xilas olunub.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki