image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-5backend

Bakı-Sumqayıt yolunda kobud qayda pozuntusu edən sürücü cəzalandırıldı

image-728x90px

Bakı-Sumqayıt yolunda avtomobilini hərəkətin əksi istiqamətində idarə edərək digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücünün kimliyi müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyevməlumat verib.

O bildirib ki, sürücü avtomobili birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə sürməklə yol hərəkəti qaydalarını pozub:

“Bu səbəbdən sürücü Ekoloji Nəzarət Bölüyünün YPX əməkdaşları tərəfindən müəyyən edilib. “Mitsubishi Lancer” markalı 01-AD-045 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Abşeron rayon sakini Sübhan Nəsirov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4. maddəsi ilə protokol tərtib edilib. Sürücüyə 4 bal və 100 manat məbləğində cərimə tətbiq edilib”.

R.Tağıyev bir daha sürücülərə yollarda diqqətli olmağı və belə qayda pozuntuları ilə özlərinin, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamağı tövsiyə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki