image-2000x150px
image-123
image-ads_atlas
image-1530685745_avtobus_bakubus-bnabackend

Bakıda 250-dən çox yeni avtobus istismara verilə bilər

image-728x90px

Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) xətdə olan köhnə avtobuslarla bağlı sorğusuna cavab olaraq bildirilib.

Agentlikdən verilən məlumatda qeyd olunub ki, hazırda hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara verilməsi və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var:

“Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə bütün marşrut xətləri təhlil edilib”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki