image-2000x150px
image-123
image-ads_atlas
image-dordemlerbackend

Bakıda doğulan dördəmin vəziyyəti necədir?

image-728x90px

Martın 31-də Bakıda doğulan dördəmin vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dördəm 1993-cü il təvəllüdlü vətəndaş tərəfindən 31 mart 2023-cü ildə TƏBİB-in tabeliyindəki Respublika Perinatal Mərkəzində dünyaya gəlib.

“Körpələr doğularkən çəkiləri 1 300, 1 300, 1 400 (oğlanlar) və 1 200 (qız) olub. Onlara zəruri tibbi xidmətlər göstərilib və müalicələri davam etdirilib. Mayın 2-də anaları və körpələri kafi vəziyyətdə evə buraxılıb”, – TƏBİB-dən bildirilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki