image-2000x150px
image-123
image-ads_atlas
image-bna-avtobus-marsurutbackend

Bakıda partlayışa görə iki marşrut xəttində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib

image-728x90px

Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib.

Xatırladaq ki, bu gün A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış və ardınca yanğın nəticəsində üç nəfər həlak olub, 24 nəfər xəsarət alıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki