image-n1karobka_ads
image-123
image-1311567-0backend

Bakıda tanınmış restoranda qanun pozuntuları aşkarlandı – FOTO

image-ad_qayo_720x110px

Bakıdakı məşhur Dağlılar Balıq restoranında qanun pozuntuları aşkar edilib. 

Doğru.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Agentliyin əməkdaşları tərəfindən Binəqədi rayonunda yerləşən fiziki şəxs Pərviz Şakir oğlu Niftəliyevə məxsus “Dağlılar Balıq” ictimai iaşə obyektində yoxlama aparılıb.

Yoxlama zamanı balıq və balıq məhsulları üçün baytarlıq sənədlərinin olmaması, eləcə də son istifadə tarixi ilə satılan qida məhsullarının aşkarlanması halları aşkar edilib. Bundan əlavə, sanitariya-gigiyena standartlarına riayət edilməməsi, istehsal ardıcıllığı və məhsulların bitişikliyi prinsiplərinin pozulması, bəzi qida məhsullarının birbaşa döşəmədə saxlanılması, soyuduculardakı rəflərin korroziyaya uğraması, işçilərə ilkin və dövri tibbi müayinələrin aparılmaması, təmizlik işlərinin düzgün aparılmaması və bir sıra digər pozuntular müəyyən edilib.

Təhlükəsizlik göstəricilərini yoxlamaq üçün balıq məhsullarından nümunələr götürülmüş və laboratoriya müayinəsinə göndərilmişdir.

Bu hadisə əsasında sahibkara qarşı inzibati protokol tərtib edilib və aşkar edilmiş qanun pozuntuları aradan qaldırılana qədər qida müəssisəsinin fəaliyyəti dayandırılıb.

DOĞRU.AZ

image-1311567-6 image-1311567 image-1311567-4 image-1311567-2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki