image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-09-26t151727-177backend

Bakının bir rayonunda 20 nəfər narkotiklə saxlanılıb – FOTO/VİDEO

image-728x90px

Son bir həftə ərzində dörd qəsəbədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində rayonun Əhmədli, NZS, Həzi Aslanov, Köhnə Günəşli qəsəbələri və digər ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı daha 20 nəfər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bəziləri əvvəllər də eyni cinayətlərlə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün məhkum olunublar. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ narkotik maddə aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı, paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir. Saxlanılanların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi, həmçinin Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki