İngiltərədə bir müəllim məktəbli tərəfindən qarnından bıçaqlanıb.
Bu barədə “The Guradian” məlumat yayıb.
Hadisə iyulun 10-da Qlosterşir əyalətinin Tyuksberi şəhərindəki orta məktəbdə dərs gününün əvvəlində baş verib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 15 yaşlı oğlan riyaziyyat müəllimini qarnından bıçaqlayıb. Bundan əvvəl o, sinif otağının qapısını döyərək zərərçəkmişi açmağa məcbur edib, sonra isə məktəbin dəhlizində ona hücum edib.
“Əgər həkimlər icazə versələr, ümid edirəm ki, yay tətilindən əvvəl dərsə qayıdacağam. İlin sonunda yeni məktəbə köçməliyəm və başqa məktəbə keçməmişdən əvvəl onunla vidalaşa bilmək mənim üçün çox vacib olardı”, – deyə təhsil müəssisəsində çalışan müəllim bildirib.
Mənbə: Haberler.com