İnternet mediasında operativliyi, doğru, dürüstlüyü ilə tanınan Sabah.az informasiya agentliyi bu gün 1 yaşını qeyd edir.Qısa zaman kəsiyində geniş oxucu kütləsinə malik olan Sabah.az informasiya agentliyi müxtəlif səpkili xəbərlərlə özünəməxsus yerini tutubdur.
Texnologiyanın inkişaf etdiyi bir dövrdə Sabah.az zamanın nəbzini tutaraq, uğurlu addımlarla irəliyə doğru hərəkət etməyi qarşısına məqsəd qoyubdur.Bu çətin, şərəfli peşədə həmkarlarımıza Doğru.az-ın rəhbərliyi adından bol-bol uğurlar, naliyyətlər arzu edirik.
Medianın hər bir uğuru sabaha açılan inamın pəncərəsidir. Xoş niyyətlə vurğulayırıq ki, Sabah.az-da adı kimi hər zaman sabaha açılan uğurlu pencərə olsun.

























