image-ads_n1karobka_mobile
image-bez-imeni-13-pic_32ratio_900x600-900x600-85453backend

BYD yeni böyük krossoverin satışına başlayıb

Çinin avtomobil istehsalçısı BYD Çində yenilənmiş yeddi oturacaqlı Tang EV krossoverini nümayiş etdirib.

Bu barədə carnewschina.com xəbər verir.

Avtomobilin uzunluğu 4900 mm, təkər bazası isə 2820 mm-dir ki, bu da sərnişinlər və yüklər üçün geniş yer təmin edir. Krossoverdə sürücü də daxil olmaqla yeddi nəfər yerləşə bilər. Versiyadan asılı olaraq avtomobilin çəkisi 2,36-2,56 ton arasında dəyişir.

2023 BYD Tang EV krossoveri yeni 20 düymlük təkər diskləri və elektron idarə olunan DiSus-C ağıllı aktiv asma əldə edir.

Avtomobil 225, 241 və 510 at gücünə malik elektrik stansiyaları ilə təchiz edilib. Güc ehtiyatı – müvafiq olaraq 600 km, 730 km və 635 km.

Mənbə: Autotech


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki