image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2022-12-20t194922-229backend

Daha dörd qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıtdı – FOTO

image-728x90px

Daha dörd qazi Türkiyədə müalicəsini tamamlayaraq Vətənə qayıdıb.

Bu barədə YAŞAT Fondu məlumat yayıb.

Bildirilib ki, ağır yaralanan dörd qazi – Musayev Vadim Fikrətoviç, Səmədov Ceyhun Eldar oğlu, Ram İsmayılov Rəhman oğlu və Abdurrahmanov Nicat İlqar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Ağır yaralılardan olan Əhmədov Saməddin Həmid oğlunun müalicəsi davam etdiyindən o, təkrarən Türkiyəyə göndərilib.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, bu günə qədər 177 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki