image-2000x150px
image-123
image-ads_atlas
image-1644838211_60e7edae4c55560e7edae4c556162581239860e7edae4c55360e7edae4c554backend

DİN-dən qovulan polkovnik-leytenantla bağlı QƏRAR

image-728x90px

Ali Məhkəmədə külli miqdarda dələduzluqda ittiham edilən Əli Məlikovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Əli Məlikov Daxili İşlər Nazirliyinin (DİN) sabiq əməkdaşı olub. O, bu cinayət əməllərinə görə DİN-dən qovulub.

Əli Məlikovun keçmiş qayınatası Fövqəladə Hallar Nazirliyinin “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun direktoru Sahib Qarayevdir.

Məlumata görə, Əli Məlikovun ailəsinin dağılmasına səbəb də məhz bu hadisələr olub.

Məhkəmədə ona pul verən bəzi şəxslər Sahib Qarayevin adını çəkiblər. Bildiriblər ki, Əli Məlikov onlardan aldığı pulu Sahib Qarayevə verib. Sahib Qarayev isə deyilənlərlə razılaşmayıb.

Əli Məlikova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq; külli miqdarda törədilikdə) maddəsi ilə ittiham elan edilib. O, istintaq dövründə bir dəfə həbs edilib, sonra isə azadlığa buraxılaraq barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Daha sonra isə barəsində növbəti dəfə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Əli Məlikov iş görmək adı ilə Səbuhi Məlikova və Rasim İsmayılova qarşı külli miqdarda dələduzluq edib.

İş üzrə zərərçəkmiş kimi tanınan Səbuhi Məlikov həbs edilən Əli Məlikovun əmisi oğludur. Digər zərərçəkmiş Rasim İsmayılov isə Səbuhi Məlikovla dost olub və Əli Məlikovla tanışlıq da buradan yaranıb.

Əli Məlikov hər iki şəxsdən xaricdən mebel gətirmək və topdan satışı ilə məşğul olmaq adı ilə pul alıb. Ümumi zərər 500 min manata yaxındır. Zərərin böyük hissəsi Rasim İsmayılova məxsusdur.

Zərərçəkmiş Rasim İsmayılov deyib ki, Əli Məlikov onlardan alınan pulları qardaşı Vüqar Məlikovun mebel biznesinə yatırıb.

İstintaq dövründə zərərçəkmişlərin zərəri ödənilməyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki