image-2000x150px
image-123
image-ads_atlas
image-14eb6-1686507215backend

Ərdoğan: Azərbaycanın qələbəsi Türkiyənin vicdanından Boraltan ləkəsini sildi

image-728x90px

“44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi güclü dəstək həm Azərbaycanın tarixi torpaqlarını erməni işğalından azad etməyə imkan verdi, həm də 1944-cü il Boraltan faciəsinin utancverici ləkəsini ölkəmizin vicdanından sildi. Həmin dövrdə Ankara bir qrup qardaş azərbaycanlını sovet hakimiyyətinə təhvil verdi və onlar dərhal güllələndi”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının nəticələrinə görə keçirilən brifinqdə bildirib.

Türkiyə dövlətinin başçısı 176 azərbaycanlının güllələnməsini faciə adlandırıb, bu faciədə o vaxt hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) təqsirkar olduğunu bildirib.

“Xalqımız 76 il Boraltan faciəsinin acısını qəlbində daşıyıb. Artıq Qarabağda 30 illik erməni işğalına son qoyuldu, Türkiyə xalqı isə Boraltan faciəsinin ləkəsindən xilas oldu. Biz bu cür hadisələrin təkrarlanmasına imkan verə bilmərik”, – deyə siyasətçi vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki