image-2000x150px
image-123
image-ads_atlas
image-f643a3f140e6ad_643a3f140e6ed-thumb-1backend

Ermənistanda Azərbaycan bayrağını yandıran təxribatçıya cinayət işi açılmayacaq

image-728x90px

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran təxribatçı Aram Nikolyanla bağlı cinayət işi açılmayıb.

Bu barədə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.

Onun sözlərinə görə, istintaqın ilkin mərhələsində istintaq orqanı “cinayət tərkibinin olmadığını” bildirib.

“İlkin məlumatlara görə, cinayət işi başlanmayacaq”, – deyə o əlavə edib.

Vəkil onu da qeyd edib ki, istintaq orqanı cinayət işinin başlanmaması barədə qərar qəbul edib, materiallar prokurorluğa göndərilib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində erməni vandal bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün birgə bəyanət yayaraq idmançılarımızın təhlükəsiz şəraitdə Vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki