image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220222-wa0014backend

Gənc Sahibkarlara dəstək – FOTOLAR

image-728x90px

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə rəhbərliyi “Youth İnc.” Sahibkarlığa dəstək proqramının qonağı oldu.

21 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Şahin Seyidzadə, Avrasiya və Yaxın Şərq regionunun Vitse-prezideni,, Qafqaz və Orta Asiya ölkələri üzrə baş direktor, Banu Karakullukcu, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru, Elşad Fərzəliyein “Youth Inc.” Sahibkarlığa Dəstək Proqramının gənc sahibkarlar və startapçılarla görüşü baş tutub.

“Youth Inc.” Sahibkarlığa Dəstək Proqramı gənclər və gənc sahibkarlar arasında təşəbbüsləri dəstəkləmək, sahibkarlıq haqqında məlumatlılığı artırmaq, gənclər və qadınlara sahibkarlıq təhsili verərək onların cəmiyyətdəki və iqtisadi inkişafında rolunu artırmaq məqsədlərini daşıyır.

Görüşdə “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə 2021-ci ildə həyata keçirilən “from Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları ilə birlikdə müzakirələr baş tutub.

Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikasınln Milli Məclisinin Deputatı, Şahin Seyidzadə, Avrasiya və Orta Şərq üzrə françayzinq üzrə vitse-prezident, Qafqaz və Mərkəzi Asiya üzrə baş menecer, Banu Karakullukcu ,“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru, Elşad Fərzəliyev öz təəssüratlarını iştirakçılar ilə bölüşüb.

Görüşün davamında, “Youth Inc” Sahibkarlığa dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilən “from Start to Smart” və “New Generation 2.0” layihələrinin məzunları, öz startapları və gələcək planları barədə məlumatlarla bölüşüblər.Həmçinin, “Coca-Cola” şirkətinin xarici nümayəndələri tərəfindən, məzunlarımız mentorluq almaq şansı qazanıblar. Bunun əsasında, qonaqlar tərəfindən məsləhətlər verilmiş, müəyyən istiqamət almaları üçün müzakirələr aparılmışdır.

Qeyd edək ki, “from Start to Smart” layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mühəndislər birliyinin tərəfdaşlığı, “Global Water Challenge” və “Coca-cola” Fondunun nəzdində fəaliyyət göstərən “New World” Proqramının maliyyə dəstəyi, “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilmişdir.

“New Generation 2.0” layihəsi isə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Coca Cola” Fondu, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi, Kiçik və Orta Biznesn İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Youth Inc.” Sahibkarlıq dəstək Proqramının təşkilatçılığı ilə həyata keçirilib.

DOĞRU.AZ

image-img-20220222-wa0014 image-img-20220222-wa0017 image-img-20220222-wa0016 image-img-20220222-wa0018 image-img-20220222-wa0019 image-img-20220222-wa0015 image-img-20220222-wa0021 image-img-20220222-wa0022 image-img-20220222-wa0023 image-img-20220222-wa0020

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki