Tanınmış aparıcı Hacı Nuran Hüseynova vəzifə verilib.
Doğru.az xəbər verir ki, o, “Xarıbülbül-Şuşa” voleybol klubunun prezidenti seçilib.
Bu barədə özünün sosial şəbəkə hesabında Hacı Nuran Hüseynov məlumat yayıb.
14.07.2023. Bu gün «Xarıbülbül» @xaribulbulshusha voleybol klubunun prezidenti seçildim. Etimad və güvən hər bir insan üçün vacibdir. Demək ki, gördüyün işlər, çəkdiyin zəhmət əbəs deyilmiş. Bu dəqiqələrdə həyatımın ən böyük etimadlarından biri ilə qarşılaşdım. «Xarıbülbül» @xaribulbulshusha voleybol klubunun prezidenti seçildim. Olduqca gözlənilməz, amma xoş bir təklif oldu. Qəbul etdim, etimad göstərən, etibar edən, güvənən, inanan hər kəsə o qədər minnətdaram ki. Vətənimin dilbər guşələrindən olan doğma Qarabağımızın simvolu olan Xarıbülbül adına bir komandanın prezidenti olmaq mənim üçün ancaq qürurvericidir. Yeri gəlmişkən qeyd edim ki, peşəkar voleybolçulardan ibarət klubun yaradılmasında əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Komandanın hədəfi Vətən müharibəsinin simvoluna çevrilmiş xarıbülbülü beynəlxalq arenada tanıtmaq, daşıdığı formanı layiqincə təmsil etmək, bu adın dünya idmanında geniş yayılmasına töhfə verməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda ötən il Macarıstanda keçirilən təlim-məşq toplanışında iştirak edib və yoxlama oyunlarında qələbə qazanıb. Qeyd edim ki, klubun təsisçisi isə beynəlxalq idman agenti, “IL’AZERO”nun sahibi, eyni zamanda, komandanın kapitanı İlqar Tofiq oğlu İmamquliyevin (29.06.1988), baş məşqçisi isə Ziya Rəcəbovdur (14.08.1982). Bu gün isə bu ali missiya mənə həvalə olundu. Olduqca gözlənilməz qərar idi. Qürurluyam, sevincliyəm. Etimadı doğrultmaq üçün əlimdən gələni etməyə çalışacam. Əminəm ki, bundan sonra «Xarıbülbül» adına olan voleybol klubunun sorağı bütün dünyanın arenalarından gələcək.
DOĞRU.AZ