Hindistanın Maharaştra ştatında şosedə avtobusun yanması nəticəsində azı 25 nəfər ölüb.
Agentliyin məlumatına görə, insident iyulun 1-də yerli vaxtla səhər saat iki radələrində baş verib.
Buldxan şəhərinin polis sözçüsü Baburao Mahamuni bildirib ki, avtobusda ümumilikdə 32 nəfər olub, onlardan 9-u yanan avtomobildən xilas edilib.
İyunun 27-də İrkutsk vilayətinin Nijneudinski rayonu ərazisində Ataqay-Ust-Kadui avtomobil yolunda məktəb mikroavtobusu Ataqay məktəbində imtahanlara hazırlıqla bağlı məsləhətləşmədən sonra IX sinif şagirdini və onu müşayiət edən şəxsi apararkən yanıb.
Sürücü kapotun altından tüstü çıxdığını görüb və hamının evakuasiya olunması üçün maşını saxlayıb. Yanğınsöndürən balonla alovu söndürməyə cəhd edilsə də, mikroavtobus tamamilə yanıb.
Mənbə: Reuters