Hindistanın şimal-qərbində, Pəncab əyalətinin Muktsar rayonunda fişəng fabrikində partlayış baş verib, nəticədə 5 nəfər ölüb, 34 nəfər yaralanıb.
Bu barədə Indian Express yazır.
Hadisə yerinə polis və xilasedicilər gəlib.
“İndiyədək dağıntılar altından 5 cəsəd çıxarılıb və dağıntılar altında insanların qalmaması üçün xilasetmə əməliyyatları davam edir”, – polis rəisinin müavini bildirib.
Hadisənin bütün hallarının aydınlaşdırılması üçün hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Bundan əvvəl Finlandiyada karton istehsalı zavodunda partlayış baş verib.
DOĞRU.AZ