Hindistanın Qaurikund rayonunda göyərtəsində 7 nəfərin olduğu helikopter qəzaya uğrayıb.
İyunun 15-də səhər saatlarında Kedarnath kəndindən havaya qalxan helikopter qəzaya uğrayıb və alovlanıb, Uttarxandın Rudraprayaq rayonunun təbii fəlakətlərin idarə olunması şöbəsi bildirib.
Təbii fəlakətin pis hava şəraiti səbəbindən baş verdiyi ehtimal edilir.
Altı sərnişin və pilotun öldüyü bildirilir.
Bundan əvvəl Air India aviaşirkəti Əhmədabad yaxınlığında qəzaya uğrayan Boeing 787 Dreamliner təyyarəsində olan 241 nəfərin öldüyünü təsdiqləyib.
DOĞRU.AZ