image-2000x150px
image-123
image-ads_atlas
image-inshot_20240624_123200062backend

İlham Əliyev Dağıstanın rəhbərinə başsağlığı verdi

image-728x90px

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı məktubu ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Dərbənddə və Mahaçqalada törədilmiş və çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itkinin kədərini bölüşərək, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Dağıstan xalqına dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə şəfa tapmasını arzulayıram”.

Qeyd edək ki, iyunun 23-də Dağıstanda terror aktları törədilib. Hadisələr zamanı 15-dən çox polis əməkdaşı həlak olub. Terrorçular zərərsizləşdiriliblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki