image-2000x150px
image-123
image-ads_atlas
image-1590312888_ilham-aliyevbackend

İlham Əliyev İordaniyanın kralını təbrik etdi

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki