image-2000x150px
image-123
image-ads_atlas
image-644684914202backend

İlham Əliyev Litva prezidentinə məktub göndərdi

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Zati-aliləri Gitanas Nausedaya təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

“Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litva Respublikasının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki